Ana səhifə | Laboratoriya | Qeyri-Ərzaq bölməsi

Qeyri-ərzaq məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzi qida və qeyri - ərzaq məhsulları sınaq laboratoriyasının Qeyri-ərzaq məhsulları sektoru laboratoriyası yaradılmışdır.



Laboratoriya “Shimadzu” (GCMS-QP 2010, LCMS-8030, AA-7000, EDX-7000, UV-1800, İrrafinity-1S), “Heidolph”, “Labortechnik ”, “Jeio Tech” kimi şirkətlərin müasir cihazları və avadanlıqları ilə təchiz olunmuşdur.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilmiş laboratoriya aşağıdakı sahələr üzrə fəaliyyət göstərir. Müvafiq normativ sənədlərə uyğun olaraq həmin sahələr üzrə məhsulların təhlükəsizlik və keyfiyyət göstəriciləri analiz olunur.

  • Tekstil və geyim məmulatları
  • Dəftərxana ləvazimatları
  • Yuyucu vasitələr
  • Oyuncaq
  • Dəri məmulatları (ayaqqabı)

Göstəricilər

Təhlükəsizlik Keyfiyyət
1 Formaldehid  
2 Metalların təyini: Sb, Cd, Cr, As, Hg, Pb, Cu  
3 Müəyyən elementlərin miqrasiyasının təyini: As, Ba, Cd, Cr, Pb, Hg, Se,Sb  
4 Ftalatlar  
5 Dimetil formamid  
6   Aktiv O2-nin miqdarı
7   Fosfatların təyini
8   Həll olmayan qalığın təyini
9   Qələvililiyin təyini