Ana səhifə | Laboratoriya | Şərab bölməsi

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli, 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri - ərzaq məhsullarının sınaq laboratoriyasının nəzdində Şərab məhsulları sektoru yaradılmışdır.

Laboratoriya “Shimadzu” (GCMS-QP 2010, AA-7000, LC-20, UV-1800), “İso Prime 100”, “Heidolph”, “Rudolph DDM 2910”, “Behr S4”, “İnfrascan+”, “Atomtex”, “Behr We1/H7”, “Jeio Tech” kimi şirkətlərin müasir cihaz və avadanlıqları ilə təchiz olunmuşdur.

Laboratoriyada müvafiq normativ sənədlərə (OİV, ГОСТ) uyğun olaraq şərab məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyini üzrə analizlər aparılır.

Göstəricilər

Keyfiyyət Təhlükəsizlik
1 Sıxlığın təyini Metalların təyini: Cd, Hg , Pb, As
2 Faktiki alkoqolun təyini Aldehidlər, Sivuş yağları, Mürəkkəb efirlər
3 İnvert şəkərin təyini Metanol
4 Umumi turşuların təyini Radionuklidlər: Cs137, Sr90
5 Uçucu turşuların təyini Benzoy turşusu
6 Ümumi və sərbəst SO2-nin təyini Sorbin turşusu
7 Ekstraktivliyin təyini  
8 Qlukoza, fruktoza, saxarozanın təyini  
9 Salisil turşusunun təyini  
10 Çaxır turşusunun təyini