Ana səhifə | Laboratoriya | Ümumi

Məhsul qrupları üzrə aparılacaq müayinələrin yoxlama dövriliyi

 

  • 1- ildə bir dəfə;
  • 2- kvartalda bir dəfə;
  • 3- ayda bir dəfə;
  • 4- 10 gündə bir dəfə;
  • 5- fors-major hallarında.

Yoxlama dövriliyinə əsasən müayinələri aparılacaq Məhsul qrupları

 

  • 1. Taxıl-un məhsulları: taxıl və onun emalı məhsulları un, yarma, çörək-bulka və makaron.
  • 2. Meyvə-tərəvəz məhsulları: təzə meyvə, tərəvəz, göbələk və onların emalı məhsulları.
  • 3. Şəkər, qənnadı məmulatları: şəkər, bal, meyvə-giləmeyvə qənnadı məmulatları, şokolad, kakao, kakao tozu, karamel, konfetlər və unlu qənnadı məmulatları.
  • 4. Tamlı məhsullar: spirtli, az spirtli və spirtsiz içkilər, çay,qəhvə, ədviyyələr, duz, yeyinti turşuları.
  • 5. Süd və süd məhsulları: kəsmik, qaymaq, xama, turşudulmuş süd məhsulları, yağ, pendir, dondurma.
  • 6. Yeyinti yağları: bitki və heyvanat yağları, marqarin və mətbəx yağları, mayonez.
  • 7. Ət və ət məhsulları: heyvan və quş ətləri, onların emalından alınan bütün məhsullar, kolbasa məmulatları,hisə verilmiş ətlər, ət konservləri.
  • 8. Yumurta məhsulları: yumurta və onun emalından alınan məhsullar, yumurta tozu.
  • 9. Balıq və balıq məhsulları: balıq və onun emalından alınan bütün məhsullar, həmçinin qeyri-balıq su xammalı (krablar, xərçənglər, yosunlar, molyusklar).
  • 10. Uşaq qidası məhsulları: süd və dənli bitkilər, meyvə-giləmeyvə, tərəvəz konservləri, ət və quş əti əsasında olan məhsullar.