Ana səhifə | Mərkəz haqqında | Fəaliyyət istiqamətləri

 “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri

 “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsi;
  • laboratoriya xidmətləri;

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması və nəticələrini təsdiq edən sənədlərin verilməsi

Azərbaycan Respublikasının gömrük ərazisindən malların ixracı zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının həyata keçirilməsi üçün malın mənşə ölkəsini təsdiq edən “mənşə sertifikatı” tərtib olunur. Malın mənşə ölkəsi dedikdə malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müvafiq qanunvericiliklə müəyyən olunmuş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür.

Malın mənşə ölkəsi ixrac olunan mallara tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədi ilə müəyyən olunur.

Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  tərəfindən hüquqi və fiziki şəxslərin(bundan sonra - sifarişçi) müraciəti əsasında verilir.

İxrac ölkəsindən asılı olaraq sifarişçilərə aşağıda verilmiş üç formada: “CT-1”, “A” və “Ümumi” formalı mənşə sertifikatları təsdiq edilir.

  • “CT-1” formalı mənşə sertifikatı malın MDB ölkələrinə ixracı zamanı;
  • “A” formalı mənşə sertifikatı malın Avropa Birliyi ölkələrinə (Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə daxil olan ölkələrə) ixracı zamanı;
  • “Ümumi” formalı mənşə sertifikatı malın Avropa Birliyinin və MDB ölkələrinin üzvü olmayan digər ölkələrə ixracı zamanı tərtib olunur.

Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır. Aparılan ekspertizaların nəticələri əsasında aşağıda verilmiş formada “Ekspertiza aktı” tərtib olunur.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Bakı şəhəri üzrə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (ünvan: Bakı şəhəri, Xaqani küçəsi 82), regionlarda isə Mərkəzin Gəncə-Qazax regional bölməsi (ünvan:), Aran regional bölməsi (ünvan:), Quba-Xaçmaz regional bölməsi (ünvan:), Şəki-Zaqatala regional bölməsi (ünvan:), Lənkəran regional bölməsi (ünvan:), Abşeron regional bölməsi (ünvan:), Dağlıq Şirvan regional bölməsi (ünvan:) və Yuxarı Qarabağ regional bölməsi (ünvan:) tərəfindən aparılır.

Ekspertiza aktı yüklənməyə hazır olan mal partiyası üçün tərtib edilir. Ekspertiza aktı iki nüsxədə tərtib edilir, bir nüsxəsi Mərkəzdə qalır, digər  nüsxəsi isə Malın mənşə ölkəsini təsdiq edən sertifikatın tərtib edilməsi üçün Dövlət Xidmətinə təqdim olunur.

Mənşə sertifikatının verilməsinə görə dövlət rüsumu ödənilir. Dövlət rüsumunun məbləği 20 manatdır.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinə görə  sifarişçilərdən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunmuş məbləğdə xidmət haqqı alınır.