Ana səhifə | Mərkəz haqqında | Rəhbərlik

Direktor

Məmmədov Fazil İbrahim oğlu

1970-ci ildə anadan olub.

1997-ci ildə Azərbaycan Texniki Universitetini,

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1994-1998-ci illərdə “ Naxiskombi “ İstehsal Komersiya Birliyində,

1998-1999-cu illərdə “Sinterol” Elm-İstehsal müəsisəsində,

1999-2003-cü illərdə “Azərkimya” Dövlət Şirkətində,

2003-2008-ci illərdə Gənclər və İdman Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2008-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbərinin müavini olub.

2014-2015-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbərinin müavini olub.

2015-2016-cı illərdə İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində,

2016-cı ilin yanvar ayının 15-dən İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

 

Direktor müavini
Direktor müavini

Anar Zabil oğlu Qədirov

1978-ci ildə anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
2001-2008-ci illərdə Ticarət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzində mütəxəssis, ekspert, aparıcı ekspert vəzifələrində,
2008-2012-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzində baş ekspert, sektor müdiri vəzifələrində çalışmışdır.
2013-2016-cı illərdə İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini vəzifəsində,

2016-cı il yanvar ayının 15-dən İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

 

Vidadi Məhiyəddin oğlu Quliyev

1968-ci ildə anadan olub.
1990-cı ildə N.A. Voznosenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirib.
1990-1991-ci illərdə Az.SSR Maliyyə Nazirliyində II dərəcəli iqtisadçı dövlət vergi müfəttişi vəzifəsində,

1991-1993-cü illərdə Baş Dövlət Vergi müfəttişliyi dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində, 

1993-1999-cu illərdə Bakı şəhəri üzrə Dövlət Vergi müfəttişliyində rəis müavini vəzifəsində,

2001-2008-ci illərdə Vergilər Nazirliyinin müxtəlif idarə və departamentlərində müxtəlif vəzifələrdə,

2008-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət xidməti şöbə müdiri vəzifəsində,

2010-2014-cü illərdə İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi D.X şöbə müdiri, rəis müavini vəzifələrində,

2014-2017-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Vitse-Prezident vəzifəsində çalışmışdır.

06.07.2017-ci il tarixindən İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.