Ana səhifə | Ekspertiza

 “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən malın mənşəyini təsdiq edən mənşə ekspertizasının mahiyyəti və əsasları

 

      İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqamətlərindən biri malın mənşə ölkəsinin təsdiq edilməsi məqsədilə mənşə ekspertizaların keçirilməsidir
     Malın mənşə ölkəsini təsdiq edən mənşə ekspertizasının keçirilməsi, Azərbaycan Respublikasının gömrük ərazisindən malların ixracı zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının həyata keçirilməsi məqsədini daşıyır. Malın mənşə ölkəsi dedikdə malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müvafiq qanunvericiliklə müəyyən olunmuş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür.      Malın mənşə ölkəsi ixrac olunan mallara tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədi ilə müəyyən olunur.
     Azərbaycan Respublikasında malın mənşəyinin müəyyən edilməsi 2009-cu il noyabrın 20-də Yalta şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında"Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin2010-cu il 27 iyul tarixli, 1046 nömrəli Sərancamı və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 25.04.2012-ci il tarixli, 02 nömrəli Qərarı (Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 08.05.2012) ilə tənzimlənir. Keçirilən ekspertizalar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş malın mənşəyinin müəyyən edilməsi barədə Ekspertiza aktı ilə təsdiqlənir.
     Malın mənşəyinin müəyyən edilməsi üzrə keçirilən ekspertiza xidmətləri sifariş əsasında, Tarif (qiymət) Şurasının 28.11.2015-ci il tarixli,11 nömrəli Qərarını ilə göstərilən ekspertiza xidmətinə görə bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
     Ekspertiza aktı yüklənməyə hazır olan mal partiyası üçün tərtib edilir. Ekspertiza aktı iki nüsxədə tərtib edilir, bir nüsxəsi Mərkəzdə qalır, digər nüsxəsi isə Malın mənşə ölkəsini təsdiq edən sertifikatın tərtib edilməsi üçün müvafiq quruma təqdim olunur.
     Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə keçirilən ekspertiza təqdim olunan sənədlərin və istehsal sahəsinin yoxlanılması tədbiri ilə yerinə yetirilir. Hər 2 tədbir malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə keçirilən ekspertizada bir –birini tamamlayır və bunlar malın mənşəyinin müəyyən edilməsində əsas amillərdir.

  • I.Təqdim olunmuş sənədlərin ekspertizası.
  •    Məqsəd:
  • 1.Təqdim olunmuş sənədlərin düzgünlüyü və tamlığı.
  • 2. Təqdim olunmuş sənədlər əsasında malın istehsalında istifadə olunmuş xammal/materialların miqdarının müəyyən edilməsi.(texnoloji prosesi göstərməklə)
  • 3.İstifadə olunmuş materialların mənşəyinin müəyyən edilməsi.
  • 4.Hər bir materialın dəyərinin müəyyən edilməsi.
  • 5.Hazir malın dəyərində idxal xammalının dəyər tutumunun müəyyən edilməsi. (kalkulyasiya)
  • 6.Xammalın alınması barədə sənədlər.(hesab-invoys;qaimə;müqavilə, ygb,mənşə sertifikatı və.s)
  •    Nəticə: Malın mənşəyi barədə məlumatın formalaşması.


  • II. İstehsalatın və ya ixrac olunan mal partiyasının ekspertizası.
  •    Məqsəd:
  • 1.İstehsalatın ekspertizası ixrac olunan malın istehsal və texnoloji prosesinin öyrənilməsi.
  • 2.Sənədlərdə göstərilən məlumatların istehsalatda öz əksini tapmasının öyrənilməsi.
  • 3.Hesab-invoysda göstərilən ixrac olunan mal partiyasının mövcudluğu.
  • 4.Malın texnoloji proses üzrə mərhələlərlə istehsal olunduğunun müəyyən edilməsi.
  • 5.İstehsal üçün zəruri avadanlıqların olub- olmamasının müəyyən edilməsi.
  •    Nəticə: Malın müəyyən ölkə mənşəli hesab olunması üçün həmin ölkədə yerinə yetirilən şərtlərin, istehsalat və texnoloji əməliyyatların yerinə yetirilməsinin müəyyənləşdirilməsi.

    Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Bakı şəhəri üzrə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC (ünvan: Bakı şəhəri, Xaqani küçəsi 36 . tel.012498-13-64), regionlarda isə Mərkəzin Gəncə-Qazax regional bölməsi (tel:0222-65-03-20:), Aran regional bölməsi (tel:022-33-6-73-91), Quba-Xaçmaz regional bölməsi (tel:023-32-5-08-31), Şəki-Zaqatala regional bölməsi (tel:024-24-4-38-52:), Lənkəran regional bölməsi (ünvan:), Abşeron regional bölməsi (018-654-48-66:), tərəfindən aparılır.