Ana səhifə | Xəbərlər

  • 2017-ci ilin noyabr ayı ərzində görülmüş işlər

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin noyabr ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 2990 ədəd ekspertiza aktı tərtib olunmuşdur.Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında müxtəlif məhsul qrupları üzrə 454 analiz aparılmışdır.

    11.12.2017
  • Mənşə sənədinin alınması proseduru sadələşdirilib

    Dekabrın 1-də Bakı Biznes Mərkəzində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-i tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, ixrac zamanı yaranan məsələlərin operativ həlli və şəffaflığın təmin edilməsi məqsədilə təşkil edilən "Açıq qapı" günləri çərçivəsində seminar keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin nümayəndəsi iştirak edib.

    01.12.2017
  • Mərkəzin regional bölmələri üzrə növbəti “Açıq qapı” günü keçiriləcəkdir

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsiişinin davamı olaraq İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir.

    27.11.2017
  • 2017-ci ilin oktyabr ayı ərzində görülmüş işlər

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 2703 ədəd ekspertiza aktı tərtib olunmuşdur.Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında müxtəlif məhsul qrupları üzrə 612 analiz aparılmışdır.

    03.11.2017
  • İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

    Noyabrın 2-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

    02.11.2017
  • Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə növbəti “Açıq qapı” günü keçirildi

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi çərçivəsində İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən “Açıq qapı” günləri təşkil olunur.

    31.10.2017