Ana səhifə | Xəbərlər | Mərkəzdə növbəti “Açıq qapı” günü təşkil edilmişdir

Mərkəzdə növbəti “Açıq qapı” günü təşkil edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi işinin davamı olaraq İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə növbəti “Açıq qapı” günləri təşkil edilmişdir.

Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə 29.08.2017-ci il tarixində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində, 31.08.2017-ci il tarixində isə Aran regional bölməsi üzrə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində növbəti “Açıq qapı” günü təşkil edilmişdir.