Ana səhifə | Xəbərlər | Sahibkarların nəzərinə!

Sahibkarların nəzərinə!

Hörmətli Sahibkarlar,
Son zamanlar mənşə sertifikatı almaq üçün elektron xidmətlər vasitəsilə edilən müraciətlər zamanı sahibkarlıq subyektleri tərəfindən elektron poçt ünvanlarının (email) səhv qeyd olunması və yaxud dolması səbəbindən məktub qəbul edə bilməməsi halları aşkar edilmişdir. Bu vəziyyət sertifikatın alınma prosesində təsdiq məktubunun, hər hansı çatışmazlıq və düzəlişlər barədə bildirişlərin, ödənişlər barədə məlumatların göndərilməsində çətinliklər yaradır.

Bununla əlaqədar sertifikatın verilməsi prosesində bu cür çətinliklərin yaranmaması üçün elektron poçt ünvanı (email) qeyd edərkən diqqətli olmağınız və eyni zamanda poçt qutunuzun dolmaması üçün nəzarət etməyiniz xahiş olunur. Əks təqdirdə sertifikatın verilməsi ilə bağlı problem yarana bilər.