Ana səhifə | Xəbərlər | İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə növbəti “Açıq qapı” günü keçiriləcəkdir

İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə növbəti “Açıq qapı” günü keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi işinin davamı olaraq İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. Növbəti “Açıq qapı” günləri Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə 26.09.2017-ci il tarixində İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində saat 11:00-dan 15:00-dək, 28.09.2017-ci il tarixində saat 11:00-dan 15:00-dək Gəncə-Qazax, Şəki-Zaqatala və Aran regional bölməsi üzrə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində, Abşeron və Lənkəran regional bölmələri üzrə isə 29.09.2017-ci il tarixində Mərkəzin Bakı şəhəri, Xəqani küçəsi 82 ünvanında yerləşən inzibati binasında saat 10:00-dan 17:00-dək mənşə sertifikatlarının alınması və ixrac prosedurları ilə bağlı təşkil ediləcəkdir.

İş adamları mənşə sertifikatlarının alınması və ixrac prosedurları ilə əlaqədar yaranmış suallar ilə bağlı müraciət edə bilərlər.