Ana səhifə | Xəbərlər | 2017-ci ilin sentyabr ayı ərzində görülmüş işlər

2017-ci ilin sentyabr ayı ərzində görülmüş işlər

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 1629 ədəd ekspertiza aktı tərtib olunmuşdur.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 493 nümunə ərzaq məhsulları (taxıl və taxıl emalı məhsulları, meyvə - tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları, yumurta məhsulları,  balıq və balıq emalı məhsulları, uşaq qidası)  üzrə  və 72 nümunə qeyri-ərzaq məhsul qrupları (Sintetik yuyucu vasitələr, plastik məmulatlar, tekstil və geyim, süni dəri məmulatları, sement) üzrə olmaqla ümumilikdə 565 analiz aparılmışdır.