Ana səhifə | Xəbərlər | Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə növbəti “Açıq qapı” günü keçirildi

Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə növbəti “Açıq qapı” günü keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi çərçivəsində İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən “Açıq qapı” günləri təşkil olunur.

Növbəti “Açıq qapı” 31 oktyabr 2017-ci il tarixində Xaçmaz şəhəri Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmişdir. Tədbirdə “İxrac proseduru və mənşə ekspertizalarının aparılması qaydaları” mövzusunda təqdimat keçirilmiş və sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.