Ana səhifə | Xəbərlər | Mərkəzin regional bölmələri üzrə növbəti “Açıq qapı” günü keçiriləcəkdir

Mərkəzin regional bölmələri üzrə növbəti “Açıq qapı” günü keçiriləcəkdir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi işinin davamı olaraq İstehlak Mallarının Ekspertizası Mərkəzinin regional bölmələri üzrə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. Növbəti “Açıq qapı” günləri Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə 28.11.2017-ci il tarixində İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində saat 11:00-dan 15:00-dək, 30.11.2017-ci il tarixində saat 11:00-dan 15:00-dək Gəncə-Qazax, Şəki-Zaqatala və Aran regional bölmələri üzrə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində mənşə ekspertizalarının aparılması qaydaları və ixrac prosedurları ilə bağlı təşkil ediləcəkdir.

Həmçinin, 1 dekabr 2017-ci il saat 11-00 tarixində Bakı Biznes Mərkəzində "Mənşə ekspertizalarının aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda sahibkarların maarifləndirilməsinə dair seminar keçiriləcəkdir.

İş adamları mənşə ekspertizalarının aparılması  və ixrac prosedurları ilə əlaqədar yaranmış suallar ilə bağlı müraciət edə bilərlər.