Ana səhifə | Xəbərlər | 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

          17 yanvar 2018-ci il tarixində 20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar İstehlak Mallarının Ekspertizası Mərkəzi və mərkəzin regional bölmələri, həmçinin mərkəzin nəzdindən fəaliyyət göstərən Mərkəzi Qida və Qeyri-ərzaq Mallarının Sınaq Laboratoriyasında anım mərasimi keçirilmişdir.

           Mərasimdə çıxış edən Mərkəzin direktoru Fazil Məmmədov Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulamışdır. Bildirilmişdir ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, mülki əhali kütləvi qətliama məruz qalmışdır. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək  Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət vermişdir. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Mərkəz əməkdaşları mövzu ətrafında çıxışlar etmişlər.