Ana səhifə | Xəbərlər

  • “Nar məhsullarının istehsalında və ixracında beynəlxalq tələblər və standartlar” mövzusunda seminar keçirilmişdir

    İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində noyabrın 2-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə "Nar məhsullarının istehsalında və ixracında beynəlxalq tələblər və standartlar" mövzusunda seminar keçirilmişdir. Seminarda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri, eləcə də nar məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak etmişdir.

    06.01.2014
  • Şahmat və futbol turnirləri başa çatmışdır.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf   Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

    Bu tədbirlərdən olan və İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  keçirilmiş mini-futbol çempionatı və şahmat turniri mayın 4-də başa çatmışdır.

    14.11.2013
  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

    İstehlak Mallarının Ekspertizası Mərkəzinin kollektivi tərəfindən 2013-cü il 26 aprel tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantı keçirilmişdir. Giriş sözü ilə Mərkəzin direktoru çıxış etmişdir. Öncə ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxılmışdır.

    14.11.2013
  • Bərdədə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib.

    İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin 2013-cü ildə də davam etdirilməsi və Nazirliyin göstərdiyi interaktiv və informativ elektron xidmətlər barədə əhalinin maarifləndirilməsi nəzərdə tutulur.

    14.11.2013
  • İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilmişdir.

    Noyabrın 27-də Füzuli rayonunun Horadiz qəsəbəsində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda sayca 4-cü tədbir keçirilmişdir.
    Tədbirdə Füzuli və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

    14.11.2013
  • Mərkəzi Qida Sınaq Laboratoriyası beynəlxalq standart üzrə sertifikatlaşdırılmışdır.

    İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

    Latviyanın Qida Təhlükəsizliyi, Heyvanların Sağlamlığı və Ətraf Mühit üzrə Elmi İnstitutu ("BİOR") ilə bağlanmış müqaviləyə əsasən, Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılması nəzərdə tutulmuşdur.

    14.11.2013