Ana səhifə | Xəbərlər

  • 2017-ci ilin aprel ayı ərzində görülmüş işlər

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin aprel ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 1561 ədəd ekspertiza aktı tərtib olunmuşdur. Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında müxtəlif məhsul qrupları üzrə 591 analiz aparılmışdır.

    03.05.2017
  • "Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib

    İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə aprelin 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən "Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib.

    28.04.2017
  • Mərkəzdə "Açıq qapı" keçirilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısının müəyyən etdiyi vəzifə və tapşırıqların ixracatçılara çatdırılması, onların bu istiqamətdə maarifləndirilməsi, ixrac zamanı tətbiq olunan güzəştlər barədə məlumatlandırılması məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən təşkil edilən "Açıq qapı" günləri çərçivəsində iqtisadi regionlar üzrə seminar və dəyirmi masalar təşkil olunur.

    26.04.2017
  • 2017-ci ilin birinci rübü ərzində görülmüş işlər

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında müxtəlif məhsul qrupları üzrə analizlər aparılmışdır.

    10.04.2017
  • 2017-ci ilin mart ayı ərzində görülmüş işlər

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin mart ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında müxtəlif məhsul qrupları üzrə analizlər aparılmışdır.

    04.04.2017
  • Mərkəzdə “Açıq qapı” günləri təşkil olunacaqdır

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələrində “Açıq qapı” günləri təşkil ediləcəkdir

    03.04.2017