Home | News | 2017-ci ilin dekabr ayı ərzində görülmüş işlər

2017-ci ilin dekabr ayı ərzində görülmüş işlər

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2017-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 2541 ədəd ekspertiza aktı tərtib olunmuşdur.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 153 nümunə ərzaq məhsulları (taxıl və taxıl emalı məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları)  üzrə  və 29 nümunə qeyri-ərzaq məhsul qrupları (Sintetik yuyucu vasitələr, plastik məmulatlar, tekstil və geyim, süni dəri məmulatları, sement) üzrə olmaqla ümumilikdə 182 analiz aparılmışdır.