Home | News | Mərkəz və regioanl bölmələri üzrə növbəti “Açıq qapı” günü təşkil edilmişdir

Mərkəz və regioanl bölmələri üzrə növbəti “Açıq qapı” günü təşkil edilmişdir

           Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.7-ci bəndində sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi işinin davamı olaraq İstehlak Mallarının Ekspertizası Mərkəzi və mərkəzin regional bölmələri üzrə “Açıq qapı” günləri təşkil edilmişdir.

           25.01.2018-ci il tarixində Mərkəzin Aran regional bölməsi üzrə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində, 30.01.2018-ci il tarixində Quba-Xaçmaz regional bölməsi üzrə İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində, 31.01.2018-ci il tarixində Bakı şəhəri üzrə Səbail rayonu, Xəqani küçəsi 82 ünvanında yerləşən Mərkəzin inzibati binasında növbəti “Açıq qapı” günü keçirilmiş və bu çərçivədə sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

       Eyni zamanda Azərbaycan Respublikasından ixrac olunan mallara mənşə sənədinin verilməsi zamanı göstərilən xidmətlər barədə ixracatçıların fikirlərinin öyrənilməsi məqsədilə electron sorğu tətbiq edilir. Həmin sorğuya əsasən 2018-ci ilin yanvar ayında 2190 müraciət daxil olmuşdur ki, bu müraciətlərdən 1005-də  “bəli” cavabın seçməklə xidmətdən razılıq bildirilmiş, 1185 müraciətdə isə heç bir fikir bildirilməmişdir.