Home | News | 2018-ci ilin yanvar ayı ərzində görülmüş işlər

2018-ci ilin yanvar ayı ərzində görülmüş işlər

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” tərəfindən 2018-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məhsullar üçün müvafiq ekspertizalar keçirilmiş və nəticələrini təsdiq edən 2081 ədəd ekspertiza aktı tərtib olunmuşdur.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 252 nümunə ərzaq məhsulları (taxıl və taxıl emalı məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları)  üzrə analiz aparılmışdır.