Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1830 (Cild I) ilə təsdiq edilmiş “Satınalma güzəştinin tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə üzrə:
1.1. 2.1-ci bənddə “malın istehsalçısı olan təchizatçıya münasibətdə ona təqdim edilən” sözləri “verilən” sözü ilə əvəz edilsin və həmin bənddən “və Xidmət tərəfindən verilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında, malın istehsalçısı olmayan təchizatçıya münasibətdə isə ona təqdim edilən malın mənşə ölkəsini təsdiq edən sertifikat” sözləri çıxarılsın;
1.2. 2.2-ci bənddən “və ya malın mənşə ölkəsini təsdiq edən sertifikat” sözləri çıxarılsın;
1.3. 2.3-cü bənddən “istehsalçı olan” sözləri çıxarılsın;
1.4. 2.3.2-ci yarımbənddən “(olduğu halda)” sözləri çıxarılsın;
1.5. 2.3.3-cü yarımbənd ləğv edilsin;
1.6. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. Ərizənin qeydə alındığı tarixdən etibarən 5 (beş) iş günü müddətində bu Qaydanın 2.3-cü bəndində qeyd edilən sənədlərin, istehsalçının məlumatlarının və istehsal obyektinə baxışın nəticələrinin nəzərə alınması ilə aparılan ekspertizanın nəticələrinə əsasən Mərkəz tərəfindən malın mənşəyi barədə rəy təqdim edilir. Satınalmalara təqdim edilən malların yerli (Azərbaycan) mənşəli olması aşağıdakı meyarlar əsasında müəyyən edilir (onlardan birinə cavab verdikdə):
2.4.1. tam istehsal edilmiş mallar (ərzaq məhsullarının satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşməməsi şərti ilə):
2.4.1.1. Azərbaycan Respublikasının ərazisində, o cümlədən Azərbaycan Respublikasının daxili sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanından hasil edilmiş təbii ehtiyatlar;
2.4.1.2. istehsalat və ya təkrar emal üzrə digər əməliyyatlar nəticəsində əldə olunan tullantılar və qırıntılar (təkrar xammal), həmçinin Azərbaycan Respublikasında yığılmış, istifadədə olunmuş və yalnız xammala təkrar emal üçün yararlı hesab edilən məmulatlar;
2.4.1.3. Azərbaycan Respublikasına məxsus olan, yaxud onun tərəfindən icarə (fraxt) olunan kosmik gəmidə kosmik fəzada əldə olunan yüksək texnologiya məhsulları;
2.4.1.4. bu Qaydanın 2.4.1.1-2.4.1.3-cü yarımbəndlərində qeyd edilən məhsullardan Azərbaycan Respublikasında istehsal olunan mallar;
2.4.2. kifayət qədər emal və ya təkrar emal meyarı əsasında müəyyən edilmiş mallar - istehsalında iki və daha çox ölkə mənşəli mal və materiallar istifadə edildiyi halda, kifayət qədər emal və ya təkrar emal Azərbaycan Respublikasında həyata keçirilmişdirsə, həmin mallar yerli (Azərbaycan) mənşəli hesab olunur. Kifayət qədər emal və ya təkrar emal meyarı aşağıdakı şərtlərin yerinə yetirilməsi ilə ifadə olunur:
2.4.2.1. Azərbaycan Respublikasının ərazisində emal və ya təkrar emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;
2.4.2.2. zəruri şərtlərin, istehsal və texnoloji əməliyyatların ölkə ərazisində yerinə yetirilməsi ilə mala onun xarakterik xüsusiyyətlərinin verilməsi;
2.4.3. kifayət qədər emal və ya təkrar emal meyarının tətbiqi zamanı (malın mənşə ölkəsinin təyin edilməsi baxımından) malın yerli mənşəli olması şərtlərinə cavab verən məhsul digər malın istehsalında istifadə olunursa, onda həmin məhsulun istehsalı üçün istifadə olunan materiallara tətbiq edilən mənşə tələbi malın mənşə ölkəsinin müəyyən edilməsi zamanı nəzərə alınmır.”;
1.7. aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
“2.5. Bu Qaydanın 2.4-cü bəndində qeyd olunan meyarlarla birgə malın istehsalında iştirak edən yerli işçi qüvvəsinin sayı ümumi işçilərin sayının 50 (əlli) faizindən artıq olmalıdır.”.
2. 5-ci hissə üzrə:
2.1. 5.2-ci bənddən “, o cümlədən malın mənşəyi barədə rəy təqdim etmiş təchizatçı” sözləri çıxarılsın və həmin bənddə “mənşə ölkəsini təsdiq edən sertifikatın” sözləri “, malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının” sözləri ilə əvəz edilsin;
2.2. 5.4-cü bənddə “ölkəsini təsdiq edən sertifikatın” sözləri “ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının” sözləri ilə əvəz edilsin.
3. Həmin Qaydaya əlavə - “Ərizə”də “istehsalçının adı” sözləri “təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı)” sözləri ilə və “istehsalçının rəhbəri” sözləri “təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.