21 NOYABR 2024 , 17:00
20.11.2024-cü il tarixindən etibarən növbəti qurum – “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ Çağrı Mərkəzinin xidmətlərinə qoşulub. Beləliklə, 8771 Çağrı Mərkəzinin komandası “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ və "Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-yə birgə xidmət göstərəcək.
İş günləri 09:00-dan - 18:00-a qədər fəaliyyət göstərən 8771 Çağrı Mərkəzinə edilən müraciətlər “ASAN xidmət indeksi”nin tələblərinə uyğun cavablandırılır.