01.11.2024-cü il tarixindən etibarən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin 8771 Çağrı Mərkəzinə zəng etməklə, həm də “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin fəaliyyətinə daxil olan məlumatların əldə edilməsi mümkündür. Müraciətlər Çağrı Mərkəzinin peşəkar operatorları tərəfindən “ASAN xidmət indeksi”nin tələblərinə uyğun şəkildə cavablandırılır.
Həftənin iş günləri 09:00-dan 18:00 -a qədər fəaliyyət göstərən 8771 Çağrı Mərkəzinə "AZSTANDART"ın aşağıdakı xidmətləri ilə bağlı müraciət ünvanlaya bilərsiniz:
- Standartların və texniki şərtlərin hazırlanması, qəbulu və tətbiqi;
- Laborator sınaq xidmətləri;
- Standartların elektron satışı və standartlaşdırma üzrə məsləhət xidmətləri.