Rusiya Federasiyasının “Vakuummaş” SC-nin və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nümayəndələri arasında 18 sentyabr 2024-cü il tarixində Mərkəzdə görüş keçirilib. Görüşdə “Vakuummaş” SC-nin baş direktoru Yevgeni Kapustin, kommersiya üzrə müavini Artur Kapustin, Tatarstan Respublikasının Azərbaycan Respublikasında daimi nümayəndəsinin müavini İsmayıl Akmeev, Mərkəz tərəfdən direktor müavini Hüseyn Abdinov, Müştəri xidmətləri departamentinin müdiri Elşad Həsənov, Müştəri xidmətləri departamentinin müdir müavini İlham Kərimov və Bakı şəhər şöbəsinin müdiri-baş ekspert Mustafa Həsənov iştirak edib.
Görüşün zamanı “Vakuummaş” SC-nin ixracının artırılması məqsədi ilə istehsal etdiyi vakuum texnikasının Azərbaycan Respublikasının ərazisində istehsalının təşkil olunması ilə bağlı zəruri texnoloji əməliyyatların müəyyən edilməsi, istehsal olunacaq məhsulun ixracı üçün mənşə sertifikatının alınmasının mümkünlüyü müzakirə edilib.