İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə növbəti “Aqrar Biznes Festivalı” Samux rayonunda baş tutub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi festival Samux rayonunda ilk dəfə təşkil olunan “Ərik Festivalı” ilə birgə keçirilib.
Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri, bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türkdilli dövlətlərin nümayəndələri, banklar, yerli və xarici iş adamları və rayon ictimaiyyəti, həmçinin ətraf rayonlardan gələn qonaqlar iştirak edib.
Festival çərçivəsində Qarayeri qəsəbəsindəki Forer qardaşlarının XIX əsrə aid tarixi şərab zavoduna ekskursiya təşkil edilib.
Ziyarətçilər “Aqrar Biznes Festivalı” və “Ərik Festivalı” üçün qurulmuş stendlərdə nümayiş etdirilən məhsullara tanış olub, xidmətlər barədə məlumatlar əldə ediblər.