Sahibkarlara dəstək məqsədi ilə, müraciət zamanı ekspertiza prosesinin optimallaşdırılması və təqdim olunan sənədlərin düzgün tərtibinin vacibliyi nəzərə alınaraq Mərkəzin təşkilatçılığı ilə “Sifarişçilərin müraciətləri əsasında malların mənşə ekspertizasının keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi” mövzusunda silsilə seminarlar təşkil edilib. 12, 14, 15 dekabr 2023-cü il tarixlərində seminarlara dəvət olunan sahibkarlar müzakirələrdə iştirak edərək, onları maraqlandıran suallar Mərkəzin səlahiyyətli nümayəndələrinə tərəfindən cavablandırılıb. Tədbiri yüksək qiymətləndirən sahibkarlar bu cür görüşlərin və qarşılıqlı müzakirələrin onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ixraca təkan olduğunu vurğulayıblar.