Mərkəz haqqında
-
Cəmiyyət 27 aprel 2007-ci ildə “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” MMC kimi dövlət qeydiyyatına alınmışdır.
-
11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində İstehlak Mallarının Ekspertizası Bürosu” MMC adlandırılmışdır.
-
17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC adlandırılmışdır.
-
Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə keçirilməsi barədə göstəriş verilmişdir.