Vətəndaş məmnunluğunun artırılması və operativ məlumatlandırmanın təmin edilməsi məqsədi ilə İstehlak Mallarının Ekspertizası Mərkəzi rəsmi internet səhifəsində “Müraciət üzrə axtarış” bölməsini istifadəyə verib. Göstərilən xidmətlərlə bağlı Mərkəzə müraciət edən sahibkarlıq subyektləri yeni yaradılmış imkandan istifadə edərək işin (sifarişin) icra statusu ilə bağlı məlumat ala bilər. Bunun üçün “iş nömrəsi” və ya “VÖEN”i müvafiq xanaya daxil edib “Axtar” düyməsini sıxmaq kifayətdir.
Qeyd: “VÖEN” üzrə axtarış zamanı “Tarix” xanasına müraciət tarixi qeyd edilməzsə, son 1 ay ərzində həmin “VÖEN”lə edilən bütün sifarişlərin nəticələri ekranda əks olunacaqdır.
Müraciət üzrə axtarış üçün keçid: https://www.ekspertiza.az/az/xidmetler/muraciet-uzre-axtaris
Yeni yaradılmış imkandan istifadəyə dair təlimat videosu: https://www.ekspertiza.az/post/muraciet-axtarish