Abdinov Hüseyn Şəmil oğlu
1976-cı il iyulun 29-da Ordubad rayonunda anadan olub.
1993-1999-cu illərdə Bakı Dövlət Universitetində Mexanika ixtisası üzrə ali təhsil alıb (Fərqlənmə diplomu ilə).
1999-2001-ci illərdə Bakı Dövlət Universitetində Deformasiya olunan Bərk cism mexanikası ixtisası üzrə magistr dərəcəsi alıb (Fərqlənmə diplomu ilə).
2001-2004-cü illərdə Bakı Dövlət Universitetində eyni ixtisas üzrə Aspirantura təhsili alıb.
2005-2011-ci illərdə “Elite inşaat” MMC-də texniki nəzarətçi, baş texnik və digər vəzifələrdə çalışıb.
2011-2016-ci illərdə “Azərsu” ASC-nin Avtomatika və metrologiya şöbəsinin mühəndisi, rəis müavini və rəisi vəzifələrində çalışıb.
2016-2017-ci illərdə “Azərsu” ASC-nin Elektromexanika və avtomatika departamentinin Avtomatika və metrologiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
2017-2018-ci illərdə “Azərsu” ASC-nin Elektromexanika və avtomatika departamentinin SCADA, avtomatika və metrologiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
2018-2019-cu illərdə “Azərsu” ASC-nin Avtomatika, metrologiya və SCADA sistemləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
2019-2021-ci illərdə “Azərsu” ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar departamentinin rəis müavini və eyni zamanda Fakturalanmanın idarə olunması və metrologiya şöbəsinin rəisi vəzifələrində çalışıb.
2021-2023-cü iilərdə “Azərsu” ASC-nin Metrologiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
17.08.2023-cü ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktor müavini vəzifəsini icra edir.
Evlidir, 3 övladı var.