8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Kimberley Prosesinin Sertifikatlaşdırma Sxemi”nin həyata keçirilməsi ilə əlaqədar təcrübə mübadiləsi məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzində ikitərəfli görüş keçirilib

03 SENTYABR 2024 , 13:41

“Kimberley Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tətbiqi sahəsində təcrübə mübadiləsi məqsədilə, 03 sentyabr 2024-cü il tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də ikitərəfli görüş keçirilib.

Görüşdə Rusiya Federasiyası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-in, “Azərgold” QSC-in, Rusiya Federasiyasında almaz yataqlarının işlənilməsi, almazların emalı və ixracı sahəsində ixtisaslaşan “Alrosa” SC-in nümayəndələri iştirak edib.

Görüş zamanı “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin həyata keçirilməsi, bu çərçivədə emal edilməmiş təbii almazların dövriyyəsinin dövlət tənzimlənməsi və nəzarəti, istifadə edilən rəqəmsal həllər, o cümlədən elektron idarəetmə və nəzarət sistemləri sahəsində ikitərəfli fikir mübadiləsi aparılaraq perspektiv tətbiq imkanları nəzərdən keçirilib.

Digər