İstehlak Mallarının Ekspertizası Mərkəzi ilə Türkiyə-Azərbaycan Universiteti (TAU) arasında qarşılıqlı əlaqələrin qurulması, işgüzar münasibətlərin formalaşdırılması və məlumat mübadiləsi məqsədilə görüş keçirilib.
Tədbir zamanı qonaqlara Mərkəzin mövcud və perspektiv fəaliyyət istiqamətləri barədə qısa məlumat verilib.
Görüşdə Mərkəzin əvvəlki fəaliyyəti dövründə mövcud laboratoriyaları və burada keçirilməsi mümkün olan sınaqlar barədə məlumat verilib, qida və qeyri-qida sınaq laboratoriyaları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəz tərəfindən göstərilən əlavə xidmətlər çərçivəsində laborator sınaqların keçirilməsi zərurəti nəzərə alınaraq, 20-dən çox laboratoriya ilə qarşılıqlı razılığın əldə edildiyi bildirilib.
Universitetin nəzərdə tutulan perspektiv genişlənməsi üçün yeni ixtisasların yaradılması və Mərkəzin təqdim etdiyi xidmətlərə dair TAU ilə Mərkəz arasında gələcəkdə işgüzar münasibətlərin qurulmasının zəruriliyi vurğulanıb.