Qazax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib. Qazax Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalı Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.
Tədbirdə iştirak edən İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri tərəfindən ixrac potensiallı yerli məhsul istehsalçıları, eləcə də ixracatçılar Mərkəzin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər barədə məlumatlandırılıblar.