Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin Özbəkistan Respublikasında işgüzar səfərdə olan nümayəndələri, 15-16 fevral 2023-cü il tarixlərində "Rəqəmsal mənşə sertifikatları üzrə regional konfrans"da iştirak edib.
BMT və ÜTT-nin birgə təsis etdikləri inkişaf agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi tərəfindən təşkil edilən Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üçün "Ready4Trade Central Asia" layihəsi çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən konfransda Mərkəzin nümayəndələri "Malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sistemləri, mövcud vəziyyət və perspektivlər" mövzusunda çıxış edib.
Səfər çərçivəsində "Özbəkistan Respublikası İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin" “Uzbekekspertiza” Səhmdar Cəmiyyətinin əməkdaşları ilə Mərkəzin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib.