İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM) direktoru Emil Əhmədov və direktor müavini Hüseyn Abdinov Azərbaycan Metrologiya İnstitutunun (AZMİ) nəzdində müvafiq laboratoriyaların yaradılması üçün “Türkiye Bilimsel ve Araştırma Kurumu, Ulusal Metroloji Enstitüsü (TÜBİTAK UME)” ilə təcrübə mübadiləsinin aparılması məqsədilə sentyabr ayının 6-dan 8-dək Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar səfərdə olublar.
Səfər çərçivəsində TÜBİTAK-ın rəhbər heyəti ilə təşkil edilən görüş zamanı ölkəmizdə qurulması planlaşdırılan eyniadlı laboratoriyalarla bağlı müzakirələr aparılıb, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub. Həmçinin, səfərdə olan nümayəndələr üçün TÜBİTAK-ın nəzdindəki bir sıra laboratoriyalara ekskursiya təşkil edilib.