İstehlak Mallarının Ekspertizası Mərkəzinin rəhbərliyi 3 aylıq təcrübə müddətini başa vuran Qərbi Kaspi Universitetinin tələbələrini qəbul edərək Mərkəzdə real iş şəraitində öyrəndiklərini gələcək iş həyatlarında müvəffəqiyyətlə tətbiq etmək və uğurlu karyera ilə bağlı arzularını çatdırıb.
Görüş zamanı təcrübə müddətində öz bilik və bacarıqlarını tələbələrlə bölüşən Mərkəz əməkdaşlarının da əməyi yüksək qiymətləndirilib və onlara təşəkkür ünvanlanıb.
Tələbələr təcrübə proqramı ilə bağlı razılıqlarını bildirib, bundan sonrakı karyeralarında Mərkəzdə təşkil edilən istehsalat təcrübəsinin əhəmiyyətli dərəcədə rol oynayacağına inandıqlarını vurğulayıblar.