Məsləhət xidmətləri
“Bir pəncərə” prinsipi əsasında mənşə sənədlərinin, eləcə də uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi
Aşağıdakı məsləhət xidmətlərimizdən faydalana bilərsiniz:
- İlkin mərhələdə, istehsalı və ya ixracı planlaşdırılan mallara qanunvericiliyin tələblərinə əsasən Azərbaycan mənşəyinin verilməsinin mümkünlüyünün öncədən müəyyən edilməsi;
- Satınalmaya təqdim ediləcək malların mənşə ölkəsinin təyin edilməsi;
- Satınalmaya təqdim ediləcək malların mənşə ölkəsini təsdiq edən sənədin alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciətin, eləcə də ona əlavə olunan sənədlərin müvafiq sistem vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi;
- Malın mənşə ölkəsi barədə sertifikat alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi zəruri olan sənədlərin hazırlanması;
- Malın mənşə ölkəsi barədə sertifikat alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciətin, eləcə də ona əlavə olunan sənədlərin müvafiq sistem vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi;
- Mənşə ekspertizaları əsasında ixrac olunan mallar və ölkələr barədə məlumatların təqdim edilməsi.