Metroloji xidmətlərlə bağlı təsdiqedici sənədlərin alınmasının təşkili
27 noyabr 2023-ci il tarixindən etibarən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də metroloji xidmətlərin təşkilinin “Bir Pəncərə” prinsipi ilə əldə edilməsi xidmətinin icrasına başlanılmışdır.
Metroloji xidmətlərin təşkili dedikdə – Dövlət tənzimlənməsi sahəsində istifadə olunan ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması haqqında şəhadətnamənin və kalibrlənmə sertifikatının əldə edilməsi xidmətlərinin təşkili nəzərdə tutulur.
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu-na əsasən dövlət tənzimlənməsi sahəsində istifadə olunan ölçmə vasitələrinin və sınaq avadanlıqlarının dövlət yoxlamasından keçirilməsi məcburidir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi“ MMC-yə müraciət etməklə Siz ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması haqqında şəhadətnamə və kalibrlənmə sertifikatını etibarlı və səmərəli əsaslarla, həm də operativ şəkildə əldə edə bilərsiniz.