Uyğunluq sertifikatının alınmasının təşkili
İstehlak Mallarının Ekspertizası Mərkəzi “Bir Pəncərə” prinsipi altında uyğunluq sertifikat(lar)ının əldə edilməsi üzrə xidmətini təklif edir. Mərkəz Sifarişçilərin müraciətləri əsasında sənədləri müvafiq akkreditasiya qurumlarına yönləndirir. Həmin orqan tərəfindən aparılan yoxlamalar nəticəsində malın texniki reqlamentlərə, standartların və qaydaların müddəalarına cavab verdiyi təqdirdə uyğunluq sertifikatı verilə bilər.